29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lotereyada uddu, həmin gün biletini itirdi

26.01.2021

 İtaliyanın Cenova şəhər sakini Leonardo Ventimilya lotereyada 25 min avro (təxminən, 50 min manat) qazansa da, sevinci uzun sürməyib. 

DM Lent.az-a istinadən xəbər verir ki, Leonardo uduşa düşən bileti elə həmin gün itirib.

Dostları ilə bara gələn italiyalı xeyli əyləndikdən sonra kefli halda lotereyanı yoxlamaq qərarına gəlib. Heç nə qazanmadığını düşünür və bileti əzərək barın piştaxtasında qoyub gedir. 

Yolda olarkən anası oğluna zəng edir ki, "gözün aydın, sənə bağışladığım lotereya bileti uduşludur, 25 min avro qazanmısan”. 

Leonardo dərhal bara qayıdır, amma gec idi... 

Əzilmiş bilet zibil qutusuna atılmışdı. Bardakı bütün zibil qutuları aidiyyəti üzrə göndərilmişdi. 

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, Leonardo qalib olduğunu məhkəmədə sübut edə bilsə, 25 avro mükafatı əldə edə biləcək.

Biletin necə uduşlu olmasına gəlincə isə, bildirilib ki, Leonardonun anası hər Yeni ildə ailə üzvlərinin hamısına lotereya hədiyyə edirmiş. Ana bağışladığı biletlərin udub-udmadığını öyrənmək üçün seriya nömrələrini yazıb özündə saxlayırmış.