Trampın impiçment qətnaməsi Senata verildi  
    
                          
     
                         26.01.2021
 
    
                        					 ABŞ Konqresinin aşağı palatasının nümayəndələri ölkənin sabiq prezidenti Donald Trampın impiçmenti haqda qətnaməni Senata təqdim edib.
DM xəbər verir ki, qətnamə cəmi bir maddədən ibarətdir. Konqres nümayəndələri Donald Trampı üsyana təhrikdə ittiham edir.
Məlumata görə, impiçment prosesi fevralın 8-dən sonra başlayacaq.