06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qorxu koronavirusa yoluxma riskini artırır

26.01.2021

 "Yeni növ koronavirus infeksiyasına görə stress və qorxu hisslərini keçirmək səhhətinizdə sağlamlıq problemlərinin yaranmasına gətirib çıxa bilər”.

DM xəbər verir ki, bu fikri "Sputnik” radiosuna müsahibəsində psixoterapevt İqor Salnçev söyləyib.

Mütəxəssis qeyd edib ki, insanın emosional və zehni vəziyyəti fiziologiyasında əks olunur:

"Həddindən artıq narahatlıq müalicə olunmasa, zehni sabitliyin səviyyəsini, bədəndəki metabolik prosesləri və gücü azaldır. Nəticədə immun sistemi zəifləyəcək və bədənin müxtəlif patologiyalara qarşı həssaslığı artacaq”.

Həkimin sözlərinə görə, koronavirusa qarşı peyvənd bir anda iki problemi həlli edəcək. Belə ki, peyvənd həm bədəni COVID-19-dan qoruyacaq, həm də narahatlığı aradan qaldıracaq.