05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AŞPA-nın Qarabağ qətnaməsi

26.01.2021

 Azərbaycan və Ermənistan siyasi dialoqa mane olan ritorikadan çəkinməli və Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmanın müddəalarını ən qısa müddətdə həyata keçirməlidirlər.

DM xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin 2020-ci il üzrə hesabatına dair qəbul etdiyi qətnamədə deyilib.

Qurum Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu qeyd edib və İrəvan və Bakını 9 noyabr (10 noyabr) 2020-ci il tarixli üçtərəfli bəyanatın humanitar məsələlərə dair müddəalarını yerinə yetirməyə çağırıb.

AŞPA bundan başqa tərəflərə əsir mübadiləsinə dərhal başlamağı, mədəni irsə hörmət etməyi, siyasi dialoqa müdaxilə edən ritorikadan çəkinməyi tövsiyə edib.