20 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Bayraq sancarkən şəhid olan bölük komandiri...

25.01.2021

 Vətən müharibəsində şəhid olan hərbçilərimizdən biri də 22 yaşlı Coşqun Xəlilovdur. 

Leytenant C.Xəlilov Neftçala rayonu  Xolqaraqaşlı kəndində ziyalı ailəsində anadan olub. O, 2015 -ci ildə Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbinə daxil olub. Ali məktəbi əla və yaxşı qiymətlərlə bitirib.

2019-cu ildə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə leytenant olaraq əmək fəaliyyətinə başlayıb və hərbi hissənin tağım komandiri olub. İşlədiyi müddət ərzində 3 dəfə fəxri fərman alıb. Döyüş zamanı bölük komandiri vəzifəsinə təyin olunub. 

2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, oktyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən, azad olunmuş əraziyə üç rəngli bayrağımızı sancan zaman ürəyindən aldığı snayper gülləsi nəticəsində şəhidlik məqamına yüksəlib. 

Şəhid leytenant ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Şəhidin bacısı Aynur Xəlilova "Qafqazinfo”ya bildirib ki, şəhadətə yüksələcəyi qardaşının ürəyinə danıbmış: "Müharibəyə getmədən qabaq dedi ki, şəhid olacaq. Döyüş başlayandan demək olar ki, bizimlə əlaqə saxlamadı. Biz ailədə iki bacı, bir qardaş idik. Şəhid qardaşım subay idi. Həmişə deyirdi ki, hərbiyə gedib komandir olacaq.

Qardaşımla bir qrupda oxuyan tələbə dostlarından bir neçəsi  şəhid olub. Onun iki ən yaxın dostu da şəhadətə yüksəlib”.