ABŞ gəmisi Çin dənizinə girdi   
    
                          
     
                         25.01.2021
 
    
                         ABŞ-ın Cənubi Çin dənizinə tez-tez gəmi və təyyarə göndərərək güc nümayiş etdirməsi sülh üçün zərərli addımdır.
DM xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
"Bu addım bölgədə sülh və sabitliyin təmin olunmasına kömək etmir”, - açıqlamada bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-a aid "USS Teodor Ruzvelt” hərbi gəmisi 3 qırıcı təyyarə ilə birlikdə Çin dənizinə daxil olub.