18 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Milli Məclisin komitəsi Qarabağda iclas keçirəcək

25.01.2021

 "Aqrar siyasət komitəsi üzvlərinin işğaldan azad edilmiş torpaqlarda iclas keçirmək istəyini Tədbirlər Planına salmışıq”.

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev  bildirib.

Komitə sədrinin sözlərinə görə, ərazilər minalardan təmizlənəndən sonra bu işlər gerçəkləşəcək:

"Hesab edirəm ki, komitə üzvləri işğaldan azad edilmiş ərazilərdə işlərin gedişatı ilə tanış olmalıdırlar. Məlumat var ki, Ağdamda 1165 hektar  taxıl əkilib. Bu çox yaxşı rəqəmdir. Bu kampaniya Füzuli və digər yerlərdə də aparılacaq. Aqrar sahənin inkişafı ilə bağlı tədbirlər görüləcək. Hazırda ərazilər minalardan təmizlənir. Təmizlənmə tam başa çatandan sonra razılıq əsasında həmin regionlarda olmağı planlaşdırırıq.  Bu ay da olmasa, növbəti aylarda komitə olaraq apreldə, mayda, iyunda həmin yerlərə bir neçə dəfə baş çəkəcəyik”.

Tahir Rzayev fevralda işğaldan azad edilmiş ərazilərə qısamüddətli səfər edəcəyini də söyləyib:

"Fikrimdə var ki, fevralda  komitə üzvləri ilə birgə  Ağdama, Füzuliyə gedək. İşlərin gedişi ilə tanış olmaq istəyirik”.