20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycanda deputatlar vaksinasiya olunacaq

25.01.2021

 "Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq, dövlət qulluqçularının və deputatların vaksinasiyası həyata keçiriləcək”.

DM xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

"Nazirlər Kabineti yanında Operativ Qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq, Azərbaycanda vaksiyasiya prosesi həyata keçirilir. Bildiyiniz kimi, ilk növbədə tibb işçilərinin, daha sonra isə hüquq mühafizə orqanlarının əməkdaşlarının və digər şəxslərin vaksinasiyası həyata keçiriləcək. Burada əsasən, təhlükəsizlik və daha çox yoluxma ehtimalı daha çox onlar nəzərə alınır. Bunun üçün deputat, tibb işçisi olmaq önəmli deyil. Qrafikə uyğun olaraq, Milli Məclisin deputatları, o cümlədən, Milli Məclis Aparatının işçiləri də vaksinasiyadan keçəcəklər”, - komitə sədri bildirib.