09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan əhalisinin sayı - AÇIQLAMA

14.07.2018

"Dövran Media"  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-may aylarında əhalinin sayı 31428 nəfər artıb.

Bununla da 2018-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 9 mln. 929,5 min nəfərə çatıb.

Hesabat dövründə bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
Bu ilin 5 ayı əzrində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.

Cari ilin yanvar-may aylarında ölkədə 25277 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.