20 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Sergey Qarmaşın AÇIQLAMASI

25.01.2021

 Kiyev Donbasla bağlı Rusiya ilə birgə plan hazırlamağı mümkünsüz hesab edir.

Bu sözləri Üçtərəfli Təmas Qrupunun Ukraynadan olan üzvü Sergey Qarmaş deyib.

O bildirib ki, Rusiya "Normand formatı"nın fəaliyyətini zəiflətmək və Almaniya ilə Fransanın olmadığı, əvəzində isə qondarma respublikanın iştirak etdiyi Üçtərəfli Təmas Qrupunun fəaliyyətini gücləndirmək istəyir.

Qarmaş bu variantın Kiyev üçün qəbuledilməz olduğunu qeyd edib:

"Hələ ki, hər iki tərəfi qane edəcək plan əldə etmək mümkün deyil".

Qarmaş onu da əlavə edib ki, ATƏT tərəflər arasında Donbasla bağlı razılıq sənədinin əldə edilməsini istəmir.