25 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşadaki tələbəmizdən maraqlı AKSİYA

25.01.2021

 Polşanın İqtisadiyyat və İnsan elmləri universitetinin (The University of Economics and Human sciences) magistrantı Zaur Əsədzadə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı maraqlı aksiya təşkil edib. 

DM xəbər verir ki, soydaşımız universitetdə təhsil alan Ukraniya, İraq, Misir, Afrika ölkələri, Türkiyə, Türkmənistan, Gürcüstan, Belorusiya, Qazaxıstan, Serbiya, Rusiya və s. dövlətlərdən 200-ə yaxın tələbədən ibarət "Beynəlxalq dostlar qrupu” adlı votsap (Whatsap) qrupu yaradaraq ölkəmizlə bağlı informasiyaları bölüşür. 

Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə, Xocalı soyqırımı, Qarabağ münaqişəsinin tarixi kökləri və s. məsələlərlə bağlı paylaşımlar edən soydaşımız 20 Yanvar faciəsi ilə bağlı da qrup üzvlərini məlumatlandırıb. Faciə ilə bağlı şəkilləri, məlumatları qrupda paylaşan Z.Əsədzadə tələbələrin suallarını cavablandıraraq onları dəqiq və dolğun məlumatlarla təmin edir.