25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkili döyüş gedə-gedə istehkam qazanlarla görüşdü

22.01.2021

 Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsində iştirak edən mülki vətəndaşlarla görüşüb.

DM xəbər verir ki, Azvirt MMC-nin ekskavator masinistləri - Sumqayıt şəhər sakini İlqar Köçəri oğlu Həşimov və Tovuz rayon, Azaflı kənd sakini Elsevər Maarif oglu Abdullayevlə görüşən Qənirə Paşayeva onları düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, yeni təqvim ilində yeni uğurlar diləyib.

Millət vəkili Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocəvənd, Şusa istiqamətlərində gedən döyüşlər vaxtı onların texnika vasitəsi ilə operativ mühəndis istehkam qurğularının yaradılmasında fədakarlıqla iştirak etdiyini xatırladıb, bütün xalqımızın qələbəmiz üçün sıx birləşdiyini, hər kəsin öz sahəsində bacardığını əsirgəmədiyini və böyük qələbəni də bu birliyin, bu fədakarlığın gətirdiyini deyib.

"Əlbəttə, ən böyük missiyanı Ali Baş Komandan və onun rəhbərlik etdiyi Müzəffər Ordumuz yerinə yetirdi. Ancaq xalqımızın qələbə əzmi, dövlətə güvənci və Ordumuzun qüdrətinə sonsuz dəstəyi qısa müddət ərzində bu qədər böyük qələbə qazanmağımızı şərtləndirən səbəblərindəndir”, - millət vəkili qeyd edib.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, sizə möhkəm can sağlığı, yeni uğurlar diləyirəm” – millət vəkili qeyd edib.

İlqar Həşimov və Elsevər Abdullayev səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib.