20 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Şənbə gününə olan hava proqnozu

22.01.2021

 Azərbaycanda şənbə günü yanvarın 23-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-9, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət  gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Yanvarın 23-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.