25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şahbaz Quliyevin anası dünyasını dəyişdi

22.01.2021

 Ötən ilin dekabr ayında Ermənistanda girovluqdan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib. 

DM xəbər verir ki, bu barədə mərhumun oğlu İlham Quliyev məlumat verib.

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.

Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şahbaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörüntülər də yayılmışdı.