Müəllimlər də peyvənd olunacaq 
    
                          
     
                         22.01.2021
 
    
                         Müəllimlər də vaksinasiya prosesinə cəlb olunacaqlar. 
DM xəbər verir ki, bu barədə Təhsil naziri Əmin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib. Nazir deyib ki, vaksinasiya könüllü olacaq:
"50 yaşdan yuxarı müəllimlər peyvənd olunacaq. Onların siyahısı artıq hazırdır. Qeyd etmək istərdim ki, peyvəndləmə könüllü şəkildə aparılacaq".