20 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Navalnı neçə il həbs cəzası ala bilər

22.01.2021

 Rusiyanın müxalifət lideri Aleksey Navalnının ümumilikdə 13,5 il həbs cəzası alacağı ehtimalı yüksəkdir. 

DM xəbər verir ki, bu barədə "Bloomberg" Rusiya Federasiyası Prezident Administrasiyasına yaxın mənbələrə istinadən yazır.

Agentliyin əldə etdiyi məlumata görə, fevralın 2-də keçiriləcək məhkəmə prosesində müxalifətçiyə 3,5 il həbs cəzası veriləcək və daha sonra başqa bir cinayət işi ilə 10 il də əlavə ediləcək. Xatırladaq ki, Navalnı ötən ilin dekabr ayında Korrupsiya ilə Mübarizə Fonduna (KMF) köçürülən iyanələrlə bağlı böyük həcmdə dələduzluq maddəsi ilə ittiham olunaraq  istintaqa cəlb olunub. İddialar doğrulanarsa siyasətçini 10 il həbs cəzası gözləyir. Beləliklə, rusiyalı müxalifətçi ümumilikdə 13 il 6 ay həbs cəzası ala bilər.

Nəşr onu da qeyd edir ki, Moskva Aleksey Navalnının qayıdacağına ümid bəsləmirdi və siyasətçi belə bir qərar verdikdə hakimiyyət "müdafiə mövqeyi" aldı. "Bloomberg"-ə görə, rəsmi Kreml payızda Dövlət Dumasına seçkilər ərəfəsində cəmiyyətdə gərginliyin artmasını istəmir.

Xatırladaq ki, Berlinin "Charite" klinikasında müalicə aldıqdan sonra Navalnı Rusiyaya qayıtdı və dərhal hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Cəzaların İcrası Federal Xidmətindən siyasətçinin "İv Roşe" işi üzrə şərti cəza qaydalarını pozduğu bildirildi.