08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk qadının övladlığa götürdüyü rus vəfat etdi

26.01.2018

Dövran Medianın Vesti.ru - ya istinadən verdiyi xəbərə görə Türkiyə xəstənasında 2008-ci ildə yol qəzasında iflic olan gənc vəfat edib. 
Xatırladaq ki, qəza hadisəsindən sonra oğlanı türkiyəli Gülsüm Kabadayı övladlığa götürmüş və uzun illər ona qulluq etmişdi. Ona Mustafa Öz Umut adı verilmişdi. Bu da rus dilinə tərcümədə "ümid” deməkdir. Ana övladlığa götürdüyü oğlunun rus dilinə reaksiya verdiyini və buna görə cox güman ki, onun Rusiya vətəndaşı olduğunu bildirirdi.
Gülsüm Kabaday Mustafanı xəstəxanada bir yaxın adamını ziyarət edərkən görmüşdü. Hec bir gəliri olmayan, cox sadə yaşayan bu xanım aciz və köməksiz qalan xəstənin yanından biganə kecməmiş və onu öz ailəsinə qəbul etmişdi. Son illər isə o, böyrək catışmazlığından əziyyət cəkirdi və süni tənəffüs aparatı ilə yaşayırdı.
Necə il öncə onun şəxsiyyəti ilə bağlı cox rezonanslı hadisələr olmuşdu. Rusiyadan bir cox qadın Umutun oğlu olduğunu iddia edirdi. Ancaq bütün bunlara baxmayaraq o, Türkiyədə qəbul olunmuş ailəsində qaldı.