26 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baydenə Qarabağ çağırışı...

21.01.2021

Amerika Erməniləri Milli Komitəsi (ANCA) ABŞ Prezidenti Co Baydenə təbrik mesajı yazaraq, onu Türkiyəyə sanksiya tətbiq etməyə çağırıb.

DM xəbər verir ki, bu barədə sözügedən komitə Tvitter hesabında məlumat yayıb.

"Qanunla ABŞ ordusunun və təhlükəsizlik qüvvələrinin Azərbaycan və Türkiyəyə dəstəyi kəsilməli, hər iki ölkənin yeni silah idxalı lisenziyası ləğv edilməlidir.

Bakı və Ankaraya Dağlıq Qarabağda insan hüquqları pozuntularına görə sanksiya tətbiq olunmalıdır”.

Qeyd edək ki, 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədlərini pozan, ərazilərini işğal edən, 1 milyondan artıq insanını zorla torpaqlarından qovan, işgəncələrə məruz qoyan erməni zehniyyətinin bu bəyanatı artıq adət etdiyimiz erməni həyasızlığından başqa bir şey deyil.