05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lənkəranda 20 yanvar şəhidlərinin xatirəsi yad edildi

20.01.2021

 20 Yanvar şəhidlərinin xatirəsi Lənkəranda da ehtiramla yad olunub.

DM xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri bu gün səhər saatlarından şəhərin Şəhidlər Xiyabanı küçəsində yerləşən "Şəhidlər Xatirə abidə kompleksi”ni ziyarətə gəliblər. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra İcra başçısı Taleh Qaraşov və mərasim iştirakçıları koronavirus pandemiyası ilə bağlı tətbiq olunmuş karantin rejiminin tələblərinə riayət etməklə növbəlilik əsasında abidənin önünə gül-çiçək dəstələri düzərək Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. 

Abidənin önündə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüşüb söhbət edən İcra başçısı onların qayğıları ilə maraqlanıb.

Saat 12:00-da respublikanın bütün yerlərində olduğu kimi, Lənkəran rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.

Ziyarət gün boyu davam edib.