02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət Bağçalının Şuşada məktəb tikilməsi təklifilə bağlı AÇIQLAMA

20.01.2021

 "Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra Türkiyədən Azərbaycana bir çox qurum və təşkilat tərəfindən dəstək təklifləri gəlir".

DM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada Üzeyir Hacıbəyli adına öz hesablarına məktəb tikmə ilə bağlı təklifi də bu qəbildəndir:

"Azərbaycan Prezidenti İlham Əliyev uyğun gördüyü təqdirdə hörmətli Bağçalının istəyi də hər halda həyata keçiriləcək. Türkiyədə çox sayda təşkilat və qurumlarimiz hər cür dəstək göstərmək üçün hazırdılar".