24 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

9 yaşlı Atilla 20 Yanvardan SÜJET hazırladı - FOTO,VİDEO

19.01.2021

Əziz oxuyucular "Dövran Media" olaraq sizlərə qürur duyacağınız bir videoçarx təqdim edəcəyik.

Sujet 3-cü sinif şagirdi olan 9 yaşlı Atilla Qurbanzadə tərəfindən 20 Yanvar şəhidlərinin anım günü ilə bağlı hazırlanmışdır.
Videonu izlədikcə insanın təsəvvüründə, əgər Atillanın uşaq olduğunu görməsək tamam başqa təəssürat formalaşır.

Düşünürsən ki, ən azından şəhidlərimiz haqqında o sözləri yazan, o misraları xüsusi intonasiya ilə qiraət edən və izləyicilərin milli hisslərinə yaxşı mənada toxunan 9 yaşlı uşaq yox hansısa yetkin bir abituryentdir ya tələbədir.

Elə bizi də bu xəbəri hazırlamaqda maraqlandıran əsas səbəb bu oldu. Balaca qəhrəman hazırladığı sujetlə nəinki öz həmyaşıdlılarına hətta özündən dəfələrlə böyük insanlara da bir mesaj vermiş olur.

Bəli, bu vətənin şanlı tarixini öz qanı ilə yazan, bu vətənin sərhədlərini öz canı bahasına tikən o müqəddəs şəhidlərimiz unudulmur, unudulmayacaq da. 

Çünki, o şəhidlərin nəvələri bu gün Atillalardır.
Allah bu istedadlı balaları xoşbəxt eləsin, şəhidlərimizin isə ruhu şad olsun !