29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə DƏSTƏKLƏYİR

13.07.2018

ABŞ Dövlət Departamenti Avropada Rusiya qazına rəqabət yarada biləcək "Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir. 

"Dövran Media"nın xəbərinə görə, bunu "RİA Novosti”yə ABŞ Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos deyib.

Onun sözlərinə görə, ABŞ "Şimal axını-2” layihəsinə qarşı çıxış edir: "Bu layihə Avropada ümumi enerji təhlükəsizliyini və sabitliyi pozacaq, xüsusilə, Ukraynaya ciddi təsir edəcək”.

"Alternativ enerji mənbələrinə gəlincə, enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə yanacağın növü, nəql marşrutları və təchizatçı ölkələr üzrə tədarükün şaxələndirilməsinə dəstək verməklə avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Məsələn, ABŞ 2019-2020-ci illərdən başlayaraq Avropaya qaz idxalını şaxələndirəcək "Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir”, - deyə Vinsent Kampos qeyd edib.