24 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koçaryanın tərəfdarları məhkəmə binası önünə toplaşdılar

19.01.2021

 Ermənistanda sabiq prezident Robert Koçaryanın işinə baxılan məhkəmənin binası önündə aksiya keçirilib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Koçaryanın tərəfdarları onun barəsindəki işə xitam verilməsini tələb ediblər. Nikol Paşinyan və komandası əleyhinə müxtəlif siyasi şüarlar səsləndirilib. Hazırda məhkəmə binasının polis və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alındığı bildirilir.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra 1 mart hadisələri zamanı dinc etirazçılara atəş açmaq əmri verdiyinə görə mühakimə olunur. Hadisələr zamanı ölənlər olmuşdu.