24 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanla İran arasında yeni körpü tikiləcək

19.01.2021

 Azərbaycan və İran arasında Astara sərhəd gömrüyündə yeni avtomobil körpüsü tikiləcək.

DM xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.

M.Eslaminin sözlərinə görə, bununla əlaqədar gələn ay müqavilə imzalanacaq və Astarada körpü və terminalın təməli qoyulacaq.

O əlavə edib ki, hazırda Astarada mövcud olan avtomobil körpüsü iki ölkə arasında məhsul mübadiləsi və tranziti üçün yetərli deyil.

İranlı nazir qeyd edib ki, yeni körpü və terminal vasitəsilə Bakı-Astara magistral yolu İranın Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək.

M.Eslami qeyd edib ki, Azərbaycan vasitəsi ilə digər ölkələrə çıxış İran üçün böyük fürsətdir. Bu baxımdan Şimal-Cənub Nəqliyyat Dəhlizinin aktivləşdirilməsi diqqət mərkəzindədir.

Nazir bildirib ki, koronavirus pandemiyası dövründə İran və Azərbaycan arasında ticarət münasibətlərinin inkişafında hər hansı azalma olmayıb, çünki sərhədlər idxal-ixrac prosesi üçün bağlanmayıb:

"Astara-Astara dəmiryolu vasitəsi ilə iki ölkənin ticarət mübadiləsi 25% artıb. Bu isə ikitərəfli münasibətlərin inkişaf etməkdə olduğunu göstərir. Həmçinin tranzit haqqında da iki ölkə arasında anlaşmalar əldə olunub”.