26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AMEA-da yeni rəhbər vəzifələr yaradıldı

19.01.2021

 Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb.

DM xəbər verir ki, bunu AMEA-nın akademik-katibi, akademik Adil Qəribov deyib.

Elmin təşkili üzrə müəyyən boşluqların olduğunu deyən A.Qəribov bu məqsədlə akademiyada bir sıra islahatlar aparıldığını söyləyib:

"Akademiyada aparılan islahatlar hələlik başlanğıcdır. İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.