26 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampla Bayden arasında anlaşılmazlıq yarandı

19.01.2021

 ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Tramp bir sıra xarici ölkə vətəndaşlarının ABŞ-a səyahətləri ilə bağlı yeni qərar qəbul edib.

DM xarici KİV-ə istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı ABŞ-a səfərləri yasaqlanan Şengen ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliya vətəndaşları Trampın yeni qərarı ilə yenidən ABŞ-a səfər etmək hüququ əldə edib.

Yeni seçilmiş və 20 yanvardan səlahiyyətlərinin icrasına başlayacaq olan prezident Co Bayden isə yasaqların davam edəcəyini anons edib, çünki bu ölkələrdə COVID-19-la bağlı gərgin vəziyyət davam edir. Bu fikir ayrılıqları insanların narazılığına səbəb olub və anlaşmazlıq yaradıb. Lakin güman etmək olar ki, yeni prezident Co Baydenin verdiyi qərar tətbiq ediləcək.