“Qarabağla bağlı bəyanatda gizli əlavələr yoxdur”   
    
                          
     
                         18.01.2021
 
    
                        					 "Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr tarixli Dağlıq Qarabağdakı altı həftəlik hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatında heç bir gizli əlavə yoxdur”.
Bu barədə Lavrov Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlama verib.
"Gizli əlavələr yoxdur. Hansısa mövzuların gizlilik predmeti ola biləcəyini fikirləşmirəm”,- deyə Lavrov qeyd edib.