27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Cənubi Qafqazda liderdir

18.01.2021

 Azərbaycan 2021-ci il üzrə "Qlobal atəş gücü" (Global Firepower Index) reytinqində 138 ölkə arasında 64-cü yerdə qərarlaşıb.

Bu, Cənubi Qafqaz regionunda ən yüksək göstərici olub.

Region ölkələrindən Gürcüstan 92-ci, Ermənistan isə 100-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, "Qlobal atəş gücü" reytinqi aviasiya, zirehli texnika, müxtəlif qoşunların göstəriciləri, eləcə də təbii ehtiyatlar, işçi qüvvəsi, nəqliyyat və logistika imkanları da daxil olmaqla 50 amil əsasında tərtib olunur.