Britaniya XİN başçısından AÇIQLAMA 
    
                          
     
                         18.01.2021
 
    
                         Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Navalnının həbsinə münasibət bildirib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, D.Raab Rusiyanın bu addımını pisləyib.
"Navalnı alçaq bir cinayətin qurbanına çevrilib. Onun həbs edilməsi dəhşətverici xəbərdir. Günahsız olduğu üçün dərhal azad olunmalıdır. Rusiya Navalnını həbs etmək yerinə kimyəvi silahın Rusiyada necə ortaya çıxdığını açıqlasın", - deyə ingilis diplomat bəyan edib.