06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni deputatdan AÇIQLAMA

18.01.2021

 "Yalnız bir məsələ müzakirə oluna bilər: Paşinyanın istefası".

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, müxalif Çiçəklənən Ermənistan Partiyasının təmsilçisi Naira Zohrabyan söyləyib.

N.Zohrabyan bildirib ki, Paşinyan hökuməti başqa mövzularla gündəmi yayındırmağa çalışır. Onun sözlərinə görə, bütün bunlar Nikol Paşinyanın istefası məsələsinin arxa plana keçməsi üçün edilir.

"Paşinyan Moskvaya başqa şeylər üçün getmişdi. Amma Sünikdən (Zəngəzur nəzərdə tutulur - red.) türklərə yol verib qayıtdı. Onlar bu yolla "Böyük Turan" qurmaq arzularını gerçəkləşdirəcəklər", - deyə deputat etiraz edib.