06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vaksinin zərərli olmasına inanmaq...

18.01.2021

 Vaksinasiya prosesinə isti yanaşmaq lazımdır. Peyvəndləmənin zərərli olması barədə təbliğata inanmaq olmaz.

Bu sözləri professor Adil Qeybulla bu gündən ölkədə vaksinasiya prosesinin başlaması haqda danışarkən deyib. O bildirib ki, vaksinasiyanın əks-təsirləri ilə bağlı iddialar əsassızdır:

"Çox tragikomikdir: vaksinasiya başlamadan şayiələr yayıldı. Halbuki infeksiyanın yayılmasının qarşısını almaq, bu infeksion zənciri qırmaq üçün vaksinasiya çox önəmlidir. Düzdür, peyvənd olunmaq hələ pandemiyanın sonu demək deyil. Çünki immunitet formalaşması üçün vaxt lazımdır. Peyvənd olunmuş şəxslər də maska taxmalı, sosial məsafəni gözləməlidirlər.

Dozalararası müddət 21 gün müəyyənləşdirilib. Ona görə də bu prosesə müsbət yanaşılmalıdır və heç bir antitəbliğata uymaq lazım deyil. Daha əvvəl vaksinasiyanın hesabına onlarla xəstəlik yoxa çıxıb”.