09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həmsədrlərdən Brüssel görüşü ilə bağlı - BƏYANAT

12.07.2018

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair bəyanat yayıblar.

"Dövran Media"nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanatda Brüssel görüşünün Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüş olduğu qeyd edilib.
Bəyanatda bildirilir ki, nazirlər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər. Tərəflər gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar. Nazirlər yaxın zamanlarda yenidən ATƏT həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər. 
Həmsədrlər gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər.