27 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sülhməramlılar Ağdərə ətrafını minalardan təmizləyir

18.01.2021

 Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı mütəxəssisləri Ağdərə şəhərinin ətraf ərazilərinin minalardan təmizlənməsinə başlayıblar.

Bu barədə Rusiya Müdafiə Nazirlyinin rəsmi internet saytında məlumat yerləşdirilib. Bildirilib ki, Ağdərə şəhərinin ətraf ərazilərinin təmizlənməsi zamanı rus sülhməramlıları müasir "Uran-6” robot sistemlərindən və minalanma itlərindən istifadə edirlər ki, bu da əməliyyat zamanı hərbi qulluqçuların təhlükəsizliyini təmin etməyə və ərazini hər cür hava şəraitində yüksək səviyyədə təmizləməyə imkan verir.

23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri təxminən 551 hektar ərazini, 205,3 km yolları, 783 yaşayış binasını, o cümlədən 25 sosial əhəmiyyətli obyektləri, 23,7 mindən çoxunu partlamamış hərbi sursatlardan və partlayıcı obyektlərdən təmizləyib.

Tapılan partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda çıxarılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursatlar lazımi təhlükəsizlik tədbirləri ilə yerindəcə məhv edilir.