19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycan əsgəri İrəvanda?

15.01.2021

 Ötən gün erməni Teleqram kanallarında İrəvan supermarketlərindən birində guya azərbaycanlı hərbçilərin alış-veriş etdiyini əks etdirən foto yayılıb. Bildirilib ki, onları Ermənistanın xüsusi xidmət orqanları müşaiyət edib.

DM xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayılan məlumatları təkzib edərək, fotodakı hərbiçilərin iranlı olduğunu açıqlayıb.

"İranlı hərbiçilər İrəvana işgüzar səfərə gəlib və təbii ki, digər nümayəndə heyətləri ilə olduğu kimi, onları da hərbi polis əməkdaşları müşayiət ediblər”, — nazirlikdən bildirilib.

Qeyd edək ki, Ermənistan MN-in faktı təkzib edərək, marketdəkilərin iranlı hərbçilər olduğunu açıqlamasının özü diqqət cəlb edir. İranlı hərbçilər (əgər onlar rəsmi nümayəndələr deyilsə və adi zabitlərdirsə) İrəvanda nə gəzir və İrəvan küçələrində nə axtarırlar? İran əsgərlərinin Ermənistana "işgüzar səfəri”nin məqsədi nədir və bu barədə niyə rəsmi açıqlama verilməyib?