20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Bu il Azərbaycanda Vaqif Poeziya Günləri keçiriləcək

15.01.2021

 "Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək. "Xarı bülbül” festivalı bu il keçiriləcək".

DM xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsinin qarşısında çıxış edərkən deyib.

"Biz artıq Şuşanın bərpasını başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir. Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!", - dövlət başçısı bildirib.