05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev Şuşada “Qazançılar kilsəsi”ndə

15.01.2021

 Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı şəhərdəki "Qazançılar kilsəsi”ndə olub.

DM xəbər verir ki, dövlət başçısı, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kilsəyə baş çəkiblər, oradakı şəraitlə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.