05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Bu il Füzulidəki hava limanının uçuş-enmə zolağı istifadəyə verilməlidir" - Prezident

15.01.2021

 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunan Şuşa şəhərinə səfərləri ilə bağlı növbəti paylaşım edib.

DM xəbər verir ki, paylaşımda dövlət başçısı bildirib:

"Füzuli-Şuşa yolunun təməlini qoyduq. İndi isə yeni inşa ediləcək Füzuli hava limanının təməlini qoyacağıq və bu il hava limanı hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar