29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liviyadan neft ixracı yenidən başlayıb

12.07.2018

Liviyadakı 4 limandan yenidən neft ixracına başlanılıb.
Bu barədə Liviyanın Milli Neft Korporasiyası məlumat yayıb. Bildirilir ki, ölkənin şərqində yerləşən limanlardan yenidən neft ixracı həyata keçirilir.
Qeyd edək ki, ölkənin Hariga və Neft Hilalı bölgələrindəki limanların neft ixracını dayandırması nəticəsində yaranmış ziyan bu vaxtadək 920 milyon dollar olub. Limanlardan ixracın dayanması ilə əlaqədar bu bölgələrdə hasil edilə bilməyən neftin həcmi 12,5 milyon barrelə çatıb. İxracın dayanması nəticəsində yaranmış ziyan indiyə qədər 920 milyon dollar, gündəlik isə 67 milyon dollara yaxın olub. Böhrandan əvvəl gündəlik 1 milyon barrel olan neft istehsalı hazırda 527 min barrelə düşüb.
Xatırladaq ki, ayın əvvəlində Liviyanın şərqindəki Ez-Zuveytine və El-Harika limanlarından da neft ixracı dayandırılıb. Daha əvvəl strateji əhəmiyyətə malik Sidra ve Ra's Lanuf limanlarından neft ixracı dayandırılmışdı. Sidra, Ra's Lanuf və Brega neft limanlarının yerləşdiyi bölgədə zəngin neft ehtiyatları var. Bu bölgədə ölkənin ümumi neft ehtiyatlarının 60 faizdən çoxu yerləşir.