28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli parkda yanğın: təyyarə cəlb edildi

15.01.2021

 Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilən məlumata görə, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib. Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə FHN-dən əlavə qüvvələr cəlb olunub.

Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.