28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Filippin Prezidentindən maraqlı açıqlama

15.01.2021

 Filippin Prezidenti Rodriqo Duterte, qızı Sara Duterte-Karpionun ondan sonra prezident olacağı ilə bağlı yayılan xəbərlərə cavab olaraq, prezidentliyin qadınlar üçün olmadığını söyləyib. 

DM xəbər verir ki,  Duterte açılış nitqində Davao Bələdiyyə Başçısı vəzifəsini tutan qızının prezidentliyə namizəd olmayacağını söyləyib. Qızının yaşadığı çətinlikləri yaşamasını istəmədiyini dilə gətirən Duterte, "Kişilərlə qadınlar arasında duyğusal fərqlər var. Prezidentlik qadınlar üçün bir iş deyil", - deyə ifadə edib. 

Davao Bələdiyyə Başçısı 42 yaşlı Sara Duterte-Karpio, 2022-ci il üçün mümkün prezidentliyə namizədlərlə bağlı ictimai rəy sorğusunda birinci olub.

Qeyd edək ki,  indiyə kimi  Filippinin iki qadın prezidenti olub. Onlardan Korazon Aquino (1986-1992)  və Qloria Macapagal Arroyo (2001-2010) illərində  ölkəyə rəhbərlik ediblər.