Qazaxıstan hökuməti istefaya getdi  
    
                          
     
                         15.01.2021
 
    
                         Qazaxıstan hökuməti ölkə parlamentinin məclisinə (aşağı palata) seçkilərdən sonra istefaya gedib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan qanunlarına görə, hökumət yeni seçilmiş məclisdən əvvəl istefaya getməlidir. Eyni zamanda, hökumət üzvləri və baş nazir yeni Nazirlər Kabineti formalaşana qədər vəzifələrini icra edəcəklər.
Qeyd edək ki, Qazaxıstanda 10 yanvarda məclisə seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, keçmiş prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyası 71.09% səslə seçkidə qalib gəlib.