27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onlayn dərs səhhət problemi yarada bilər

15.01.2021

 Onlayn dərslər zamanı şagirdlər 3 saat ərzində fasiləsiz monitora, ya da mobil telefona baxmalı olur. Şagird davamlı monitora baxır, bu isə onda görmə problemi, eləcə də onurğa sütunu probleminə (skalioz) gətirib çıxara bilər. Nəzərə alsaq ki, evlərdə oturacaqların ölçüləri müxtəlif olur. Məktəbdə isə bu, nəzərə alınıb.

Bu sözləri psixoloq Gülnar Orucova onlayn dərslə bağlı müşahidə olunan problemlər haqda danışarkən deyib.

O bildirib ki, dərslərin onlayn qaydada keçirilməsi şagirdlərin həm sağlamlığına, həm də psixologiyasına təsir edir:

"Onlayn dərs uşaqların nitq bacarıqlarının inkişafına mane olur. Onlayn dərsdə uşaqların sosiallaşması daha çətin olur. Bu, uşaqların gələcəkdə dostluq əlaqələri qurmasında, cəmiyyətə adaptasiya olmasında problem yaradacaq”.

Psixoloqun sözlərinə görə, onlayn dərsdə müəllimlər şagirdlərə xüsusi nəzarət etməlidirlər:

"Hər bir şagirdə xüsusi diqqət ayrılmalıdır. Çünki diqqətdən kənarda qalmaq gələcəkdə şagirdlərin müəllimlə münasibətlərinin soyuqlaşmasına, dərsə etinasız yanaşmasına gətirib çıxara bilər.

Onlayn dərslər zamanı fasilələrin verilməsi mütləqdir. Çünki fasilənin verilməməsi şagirdin yorulmağına səbəb olur və dərsi qavramasına problem yaradır.

Bir sözlə, onlayn dərs uşaqların nitqinin, sosial bacarıqlarının, məntiqi təfəkkürünün inkişafına mane olur. Ona görə də artıq karantin qaydalarını qorumaqla ənənəvi dərslərə start verilməlidir. Nəzərə alaq ki, biz bir ilə yaxındır tədris problemləri yaşayırıq”.