Məsuliyyəti  “Təhrik-e Taliban Pakistan” öz üzərinə götürüb 
    
                          
     
                         12.07.2018
 
    
                        Pakistanın Xayber-Paxtunxva əyalətinin Peşavar şəhərində kamikadzenin Avami Milli Partiyasının iclasında törətdiyi partlayış nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb, 60 insan xəstəxanalarda müalicə edilir, onların çoxunun vəziyyəti ağırdır.
Həlak olanlar arasında partiyanın lideri Harun Bilur və onun oğlu Daniyal Bilur da var.
Bu qanlı hadisəyə görə məsuliyyəti "Təhrik-e Taliban Pakistan” radikal qruplaşması öz üzərinə götürüb.