02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Şimali Kiprə vaksin göndərdi

14.01.2021

 Türkiyə Şimali Kiprə 20 min dozalıq koronavirus əleyhinə vaksin göndərib.

DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb. Vaksinlər Çin istehsalı olan "SinoVac" şirkətinin vaksinləridir. Vaksinlər artıq paytaxt Lefkoşaya çatdırılıb.

"Türkiyə hər zaman yanımızda olduğunu hiss etdirir. Təşəkkürlərimizi bildiririk. Artıq vaksinasiya prosesi ilə bağlı planlaşdırmalarımız sona çatıb. Ölkə ərazisində 9 mərkəz yaradılıb. Bu mərkəzlərdə insanlarımız Türkiyənin hədiyyə etdiyi vaksinlərlə ödənişsiz şəkildə vaksinasiyadan keçəcəklər", - deyə açıqlamada bildirilib.