25 01 2021-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
24/01/2021
23/01/2021
22/01/2021

Pandemiyanın İT layihələrinə təsiri varmı?

13.01.2021


COVID - 19 Pandemiyası bir çox sənayedə ciddi dəyişikliklərə səbəb oldu və bunlar arasında İnformasiya Texnologiyaları (İT) sənayesi əsas yer tutur.

-Pandemiya nəticəsində şirkətdaxili komanda işi necə təşkil olunur?

- Bilirsiz ki, dünyada uzaqdan işləmə anlayışı həmişə olub və olacaq da. Belə ki, ölkəmizdə bu anlayış, əsasən də İT sektorunda bir çox şirkətlər tərəfindən gözəalınmaz bir hal idi. Lakin pandemiya nəticəsində, komandanı evdən işləmə rejiminə buraxmaq məcburiyyəti yarandı. Bunu düzgün şəkildə təşkil edən şirkətlər bu işin yalnız müsbət tərəfləri ilə rastlaşdılar. Belə ki, proqramistlərin və layihə menecerlərinin vəzifəsi layihənin uğurlu təhvili olduğunda, komandanı düzgün motivasiya etdikdə İT layihələrində evdən işləmək ilə şirkət daxilində işləməkdə bir fərq yaratmadı.

  -Pandemiya dönəmində təhvil verilməsi lazım olan layihələrin işində gecikmə ilə rastlaşdınızmı?

- Biz komanda olaraq evdən işləmə rejiminə keçməyə qərar verdiyimizdə, şirkət daxilində də tədbiq etdiyimiz Agile layihə idarəetmə metodologiyalarının uzaqdan işləmə prinsiplərinə əsaslandıq. Düzgün struktur, layihə planlaması, vaxtında və müəyyən limitli zaman çərçivəsində həm komanda daxili, həm də müştərilərlə təşkil olunan telekonfranslar nəticəsində məhz pandemiyanın ən pik vaxtında biz iri həcmli dövlət səviyyəli layihələrimizdən birini uğurlu şəkildə təhvil verməyi bacardıq.

  -Covid 19 Pandemiyası İT tədbirlərinin təşkilinə necə təsir göstərdi?

- Covid 19 virusunun yayılması bir çox beynəlxalq texnoloji konfransların ləğv edilməsinə səbəb oldu və bu, bir çox şirkətlər üçün əla tərəfdaşlıq fürsətinə çevrildi. Belə ki artıq offline rejimdə təşkil olunan konfranslar online rejiminə keçid üçün müəyyən proqram təminatlarından istifadə etməyə başladı ki, bu da həmin bazarın böyüməsinə və daha da möhkəmlənməsinə gətirib çıxartdı. Bu müddət ərzində bir çox online konfrans təklif edən proqram təminatındakı "boşluqlar” öz həllini taparaq daha da istifadəyə yararlı hala düşdülər ki, bu nəinki istifadəçilərin işini görür, eyni zamanda proqram təminatını buraxan şirkətin də maddi gəlirini artırır. Telekonfransların online şəkildə təşkil olunmasının tək mənfi cəhəti iştirakçıların əlaqələrin genişləndirilməsinə mane olmasıdır ki, əminəm ki, bu gedişlə onun da həllinə baxılacaqdır.

Dilarə Rüstəmzadə
Agile Coach