09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Meksikanın dövlət başçısı təyyarəsini SATIR

12.07.2018

Meksika prezidenti Andres Manuel Lopes Obrador dekabr ayının 1-də vəzifəsinə başlamasından sonra ABŞ-la 8 hərbi helikopterin alınması barədə müqaviləni ləğv edəcək.

"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, ölkə prezidenti bildirib ki, 25 milyard peso (1,2 milyard dollar) dəyərində müqavilə ölkənin belə xərclər etməsi imkanı olmadığından ləğv ediləcək.

Bundan əlavə, dövlət başçısı qeyd edib ki, onun komandası prezident təyyarəsini satmaq üçün "Boeing" korporasiyasına çıxış axtarır. Söhbət 2016-cı ildə ölkə başçısı üçün 219 milyon dollara alınan "Boeing 787-8 Dreamliner" təyyarəsindən gedir.

Qeyd edək ki, daha əvvəl Meksikanın yeni prezidenti bildirimişdi ki, o yalnız adi reys təyyarələri ilə uçmaq niyyətindədir.