05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampın “YouTube” hesabı da bloklandı

13.01.2021

 "Google”a məxsus "YouTube” şirkəti ABŞ Prezident Donald Trampın video platformadakı hesabını blokladığını açıqlayıb.

DM xəbər verir ki, keçən həftə tərəfdarlarını Kapitoli binasına girməyə təşviq etməkdə günahlandırıldıqdan sonra Prezident Donald Trampın video platformadakı hesabı müvəqqəti dondurulub.

Şirkətdən bildirilib ki, minimum yeddi gün ərzində kanala yeni məzmun yükləmənin qarşısı alınacaq və videoların altındakı şərhlər həmişəlik silinəcək.

Bu addım ABŞ prezidentinin həm "Twitter”, həm də "Facebook” hesabına qadağa qoyulduqdan sonra atılıb.