05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vladimir Zelenski Maya Sandu ilə görüşüb

12.01.2021

 Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində səfərdə olan Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu ilə görüşüb.

DM-in xəbərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.

"Bu, iki ölkə arasında yeni münasibətlərin başlanğıcıdır. Bizi ortaq dəyərlər və Avropa ilə münasibətlərdə gündəlikdə duran məsələlər birləşdirir. Biz Moldova prezidentinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və Krımın Ukrayna olması ilə bağlı yanaşmasını yüksək dəyərləndiririk", - deyə V. Zelenski qeyd edib.

M. Sandu Kiyevə səfəri çərçivəsində Ukraynanın baş naziri və ölkə parlamentinin sədri ilə də görüşəcək.

Xatırladaq ki, Moldova prezidenti Ukraynaya avtomobillə səfər edib.