05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qənirə Paşayevadan AÇIQLAMA

12.01.2021

 Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu Əyyublu kənd sakini, Vətən müharibəsi şəhidi Vahid Qurbanovun valideynləri Elşad Nurəddin oğlu Qurbanov və Nurlana Əli qızı Babayeva ilə görüşüb.

DM xəbər verir ki, Q.Paşayeva şəhid valideynlərini düşmən üzərində tarixi zəfər münasibətilə təbrik edib.

Deputat şəhidimiz Vahid Qurbanovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan, fədakarlıqdan danışıb:

"Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Oğlunuz Vahid Vətən müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib.

Oğlunuz Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. İndi onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb”.

Q.Paşayeva şəhid valideynlərinə Mədəniyyət Komitəsi adından məktub və üzərində "Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.