05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə İŞİD üzvləri həbs olundu

12.01.2021

Türkiyədə İŞİD terror təşkilatına mənsub olan şəxslər saxlanılıb.

DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat Adana şəhərində keçirilib. 6 İŞİD terrorçusu saxlanılıb. Saxlanılanlar ərəb əsilli Suriya və İraq vətəndaşlarıdır.

Onlar Suriya və İraqda müxtəlif terror aktlarının təşkilində iştirak ediblər. Xeyli material da ələ keçirilib. Araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.